23 May 2015 01:53
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Ev ABŞ prezidenti Barak Obamanın titter-akkauntunda “təhqiramiz və irqçi şərhlər selinin açıq cəmiyyətin tərkib hissəsi” olduğunu bildirib. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi Coş Ernst bildirib.

“Biz hamımız belə şeylə rastlaşırıq, heç də hamı bizim xoşumuza gəlməli deyil, ancaq bu, açıq cəmiyyətin tərkib hissəsidir və prezidentin və administrasiyanın mövqeyinə görə, cəmiyyət buna layiqdir. Bu, amerikanları nəyin narahat elədiyini bilmək üçün onları legitim dialoqa cəlb eləmək imkanı verən mühüm alətdir”, - deyə Obamanın mətbuat katibi qeyd edib.

Ağ Ev rəsmisi etiraf edib ki, ölkənin ilk qaradərili prezidenti olan Obamaya irqçi zəmində ünvanlı zarafatlar və təhqiramiz qeydlər selini onunla müzakirə etməyib.

Barak Obama titter-ə ötən bazar ertəsi qoşulub.


Müəllif: