“İraq ordusunun Ramadi şəhərindən geri çəkilməsi onların İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçülərinə qarşı döyüşmək istəmir”.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Aşton Karter bəyan edib. Onun sözlərinə görə, Ramadi uğrunda gedən döyüşdə İraq hərbçiləri sayca terrorçulardan üstün olublar, lakin buna baxmayaraq geri çəkilmək qərarına gəliblər. Geri çəkilərkən isə iraqlı əsgərlər bütün silah-sursatı bölgədə qoyublar. Bu isə silahların İŞİD terrorçularının əlinə keçdiyi deməkdir.
İraq Müdafiə və Təhlükəsizlik Komitəsi isə yaydığı məlumatda Karterin sözlərini əsassız və həqiqətə uyğun olmayan adlandırıb.
Samir