25 May 2015 11:31
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Tokioda 5,6 bal gücündə zəlzələ baş verib.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bu barədə Yaponiyanın meteoroloji agentliyi xəbər verib.

Hökumət əvvəlcə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq etsə də sonradan bu elanı ləğv edib.

Zəlzələnin episentri Tokionun şimalında yerləşən Saytama prefekturasında, ocağı isə 50 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində Tokio metrosunda, həmçinin bəzi sürətli qatar xətlərində hərəkət dayanıb.


Müəllif:

Oxşar xəbərlər