Rusiya almaniyalı millət vəkilin ölkəyə girişinə icazə verməyib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Xristian Demokrat Birlik Partiyasının federal məclis üzvü Karl-Georg Vellmanın Rusiyaya girişinə Moskvanın Beynəlxalq hava limanında polis tərəfindən maneə törədilib.
Vellman 2019-ci ilə qədər bu ölkəyə girişinin qadağan olduğunu öncədən bilmədiyini və Rusiyanın yüksək vəzifəli şəxslərinin dəvəti ilə Moskvaya getdiyini qeyd edib.
Onun fikrincə, Federal Məclisdə Almaniya-Ukrayna parlamentlərarası Dostluq Qrupunun başçısı olduğundan Moskva onun adını qara sıyahıya salıb.
Digər tərəfdən Almaniyanın Moskva səfiri Rudiger Freyer von Fritş Rusiya Xarici İşlər Nazirliyinə gedərək etirazını bildirib.
Samir