Fransanın paytaxtı Parisdə erməni diasporunun təşkil etdiyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbirdə insident baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, tədbir Parisdəki 5-ci bölgə bələdiyyəsinin binasında keçirilib. Ermənilər tədbir iştirakçılarını Dağlıq Qarabağ ərazisinin Ermənistanın tarixi torpağı olması yalanına inandırmağa cəhd edib.
Fransada fəaliyyət göstərən “Objectif 21” dərnəyinin rəhbərləri Tahsin Tek və Yuliyan Yurdakur ilə iclas salonuna gələn azərbaycanlı qadının verdiyi sual isə təşkilatçıların narazılığına səbəb olub. O, Ermənistanın Dağlıq Qarabağ məsələsində Birləşmiş Millət Təşkilatının qəbul etdiyi qətnamələri yerinə yetirmədiyini bildirib.
Özünü tarixçi adlandıran Klod Mutafyan qadına hücum etmək istəyib. Tahsin Tekin Mutafyana qarşısında qadının olduğunu xatırladıb. Lakin erməni aktivist kənardan öz təhqirlərinə davam edib. Daha sonra iclas yerinə azərbaycanlıların gəlməsi tədbirin yarımçıq dayandırılmasına səbəb olub.
Samir