İraq Silahlı Qüvvələri Ramadi şəhərinin iki rayonunu İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçülərindən azad edib.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı İraq Müdafiə Nazirliyi açıqlama verib.
Bildirilir ki, İraq ordusu Ət-Taş və Əl-Xumeyra rayonlarında nəzarəti ələ alıb. Nazirlik bu rayonların Ramadini azad etmək üçün strateji bölgələr olduğunu açıqlayıb.
Samir