27 May 2015 15:15
1 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin ölkədə fəaliyyət göstərən şirkətləri daxili bazara sərmayə qoymağa çağırıb.


Publika.az xəbər verir ki, Moskvada şirkətlərin forumuna qatılan dövlət başçısı “sanksiyalar bitmədən hərəkətə keçilməlidir” deyə bildirib: “Hazırda vəziyyət heç də sadə deyil. Hətta çox çətindir. Amma rublun məzənnəsi istehsalın rəqabət gücünü artırır. Bundan əlavə, həm milli, həm də beynəlxalq səviyyədə yeni sektorlara daxil olunmalıdır. İxracı inkişaf etdirmək və daxili bazarı böyütmək üçün fürsəti qaçırmamalıyıq”.


Qeyd edək ki, noyabrdan bu tərəfə rus rublunun dəyər itkilərinə göz yuman Rusiya Mərkəz Bankı valyuta bazarına müdaxilə edib. Mütəxəssislərə görə, bank bununla rublun sürətlə dəyər qazanmasına mane olur. Dünya Bankının son məlumatlarına görə Rusiya iqtisadiyyatı 2015-ci ildə 3,8 faiz daralacaq.


Müəllif:

Oxşar xəbərlər