Kiyevin meri Vitali Kliçko Sofiyevski meydanında paytaxtın himnini təqdim edərkən onu Ukraynanın himni ilə səhv salıb.
Trend-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, minlərlə paytaxt sakininin qarşısında himni "şparqalka"dan oxuyan mer bildirib ki, "Mənim Kiyevim" ("Киев мой") mahnısının yaşı 20 ildən çoxdur: "Biz Ukraynanın himnini ilk dəfə rəsmi olaraq ötən sessiyada təsdiq etdik. İndi isə biz onu rəsmi şəkildə ifa etdik".
"Mənim Kiyevi"imi V.Kilçko ilə birgə şəhərlilər də oxuyub.