Ukraynanın Odessa vilayətinin yeni qubernatoru Mixail Saakaşvili bildirib ki, onun yeni postda üstünlüyü odur ki, onu pul maraqlandırmır və o, müxtəlif təsir qruplarından asılı deyil. Musavat.com-un məlumatına görə, bu barədə o, “İnter” telekanalının efirində deyib.
“Məndən ötrü insanların üzünə necə baxmaq vacibdir, pul məni maraqlandırmır” – qeyd edib Saakaşvili. O, korrupsiya ilə mübarizə, təhlükəsizliyin təmin edilməsi və xarici sərmayəçilərin cəlb edilməsi üçün vilayətin idarəçiliyinin kadr tərkibini dəyişmək niyyətində olduğunu da söyləyib.
“Mən bütün administrasiya rəhbərləri başçılarının təyin edilməsi üçün müsabiqə elan edəcəyəm. Seçim açıq müsabiqə yolu ilə aparılacaq və mən müsabiqənin gedişinə təzyiqlərə imkan verməyəcəyəm” – bildirib vilayətin yeni başçısı.
Az öncə Saakaşvili bəyan etmişdi ki, öz vəzifəsindən baş nazirliyə keçmək üçün istifadə etməyəcək.