Çin ordusu ölkənin Myanma sərhədi yaxınlığında hərbi təlimlərə start verir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Çin Müdafiə Nazirliyi məlumat yayıb. Bilidirlir ki, çərşənbə axşamı günü ölkənin cənub-qərbindəki Yunnan əyalətində başlanacaq hərbi təlimlərdə quru və hava qüvvələri olacaq.
Hərbi təlimlərin müddəti və qatılacaq əsgər sayı haqqında məlumat verilməyib.
Qeyd edək ki, ötən ilin fevralında Myanmanın şimal-şərqindəki Kokanq Muxtar Vilayətində əsgərlərlə Çin mənşəli etnik Kokanq üsyançıları arasında qarşıdurma çıxıb, buradan qaçan təxminən 30 min adam Çinə sığınıb. Myanma döyüş təyyarələrinin atdığı bombanın Çində bir kəndə düşməsi və 4 vətəndaşın ölümünə səbəb olması nəticəsində iki ölkə arasında gərginliyi daha da artıb.
Samir