Belçikada hökumət partiyaları parlamentə 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını dəstəkləyən yeni qətnamə layihəsi təqdim etməyə hazırlaşır.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Valon Liberal partiyasının rəhbəri Denis Dukarme deyib. Onun sözlərinə görə, parlamentdə çoxluq təşkil edən Flamand Millətçilər, Flamand Xristian Demokratlar, Flamand və Valon Liberalların birgə hazırladığı lahiyə ən gec bu ilin sonunda parlamentdə müzakirəyə çıxarılacaq.
O, bu qanunun müxalifət partiyaları tərəfindən də dəstəklənəcəyini bildirib.
Qeyd edək ki, Belçika parlamenti 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını 1998-ci ildə simvolik olaraq tanısa da, federal hökumət huquqi anlayış olduğu üçün “soyqırım” ifadəsini işlətməkdən çəkinib.
Samir