2 İyun 2015 15:40
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada məhkəməsinin qərarı ilə 3 tütün şirkəti siqaret çəkənlərə rekord məbləğdə kompensasiya - 12 milyon dollar ödəyəcək.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, “Imperial Tobacco”, “Rothmans Benson & Hedges” və “JTI-MacDonald” şirkətlərinə qarşı iddialar 1998-ci ildən qaldırılsa da, işlər üzrə proses 2012-ci ildə başlayıb.

İddiaçı rolunda çıxış edən siqaret çəkənlər bildiriblər ki, tütün firmaları onlara siqaret çəkməyin riskləri barədə xəbərdarlıq etməyib.

Şirkətlər məhkəmə qərarına qarşı apellyasiya verəcəklərini bildiriblər. Şirkətlər iddia ediblər ki, kanadalılar artıq 1950-ci illərdə siqaret çəkməyin sağlamılq üçün riskləri barədə məlumatlı olublar.

Qeyd edək ki, kanada məhkəməsi indiyədək belə böyük məbləğdə kompensasiya barədə qərar çıxarmayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər