6 İyun 2015 00:03
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada 172 dollar təşkil edən yaşayış minimumun səviyyəsi təqribən 25 dollar artırılıb. Müvafiq qərarı baş nazir Dmitri Medvedev imzalayıb.

Beləliklə, ilin ilk rübündə ölkə üzrə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 17,1, təqaüdçülər 16,7 və uşaqlar üçün 20,1 faizədək artırılıb. Ölkə üzrə federal minimumun səviyyəsi ildə 4 dəfə müəyyənləşdirilir.

Onun hesablanmasında bir ay ərzində yaşayış, ərzaq və geyim kimi müxtəlif tələbatların qarşılanması üçün məsrəflər əsas götürülür. Son hesablamada geyim xərcləri ərzaq ödənişlərinin yarısını təşkil edib.

Qiymətlər Rosstat statistika kömitəsinin verdiyi rəqəmlərə əsaslanır. Yaşayış minimumu əhalinin rifah səviyyəsinin dəyərlədirilməsində mühüm alətlərdən biri hesab olunur.

Bununla yanaşı o, sosial proqramların işlənilməsi, minimum əmək haqqı, təqaüd və təzminatların müəyyənləşdirilməsində tətbiq edilir.


Müəllif:

Oxşar xəbərlər