6 İyun 2015 15:41
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Ukraynanın şərqində rus separatçıları ağır silahlardan istifadǝ etməyə başlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Tǝhlükǝsizlik vǝ Әmǝkdaşlıq Tǝşkilatının Ukraynadakı müşahidǝçi heyǝtinin sǝdr müavini Aleksandr Huq deyib. Onun sözlərinə görə, bu addım atǝşkǝs qǝrarının ciddi şəkildə pozulması deməkdir. Huq tǝrǝflǝri atǝşkǝsin şǝrtlǝrinǝ ǝmǝl etmǝyǝ vǝ müzakirǝlǝrǝ qayıtmağa çağırıb.

Qeyd edǝk ki, Ukraynada mǝrkǝzi hakimiyyǝt vǝ şǝrqdǝki Rusiya tǝrǝfdarları arasında keçǝn ilin aprel ayında başlayan toqquşmalarda 6400 nǝfǝr ölüb.

Samir


Müəllif:

Oxşar xəbərlər