8 İyun 2015 15:11
1 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən keçirilən parlament seçkilərinin nəticələrini qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, seçkilərin Türkiyə üçün xeyirli olmasını arzulayan Ərdoğan açıqlamasında bunları qeyd edib: “Seçkilərdə iştirak nisbətinin yüksəkliyi xalqın seçkilərə inamını və demokratiyanı əks etdirir. Millətimizin təqdiri hər şeyin üzərindədir. Seçkilərin nəticələri heç bir partiyanın vahid iqtidar olmayacağını göstərir. İnanıram ki, iştirak etmiş bütün partiyalar nəticələri sağlam və doğru qiymətləndirəcək. Seçkidən sonra başlanan yeni proseslərdə ölkəmizdəki sabitlik mühitinin, demokratik nailiyyətlərin qorunması üçün bütün siyasi partiyaların lazımi həssaslığı göstərməsi, məsuliyyətli davranış nümayiş etdirməsi böyük əhəmiyyət kəsb edir”.

Ərdoğan verdiyi açıqlamada seçkilərdə iştirak edən vətəndaşlara, Ali Seçki Şurasına, vilayət və rayon seçki komissiyalarına, seçkilərdə təhlükəsizliyi təmin edən hər kəsə təşəkkür edib.

Samir


Müəllif: