Türkiyədə saxta polis vəsiqəsi göstərən şübhəli şəxs polisə atəş açıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qolundan yüngül yara alan B.D. adlı polis məmuru şübhəli şəxsi ayağından vuraraq zərərsizləşdirilib.
Verilən məlumata görə, polis əməkdaşı şübhələndiyi avtomobili saxladıb. İcarəyə götürüldüyü müəyyən edilən maşınıт sərnişini Hakan Pekinci polis zabiеi olduğunu bildirib. O, saxta polis vəsiqəsini göstərib. Vəsiqənin saxta olduğundan şübhələnən polis əməkdaşı onları Polis Mərkəzinə dəvət edib. Polis Mərkəzi önünə gələndə maşından enən Hakan Pekinci belindəki silahı çəkib, polisə atəş açıb və qaçmağa başlayıb. Qolundan yaralanıb polis şübhəlini ayağından vuraraq zərərsizləşdirib.
Qarışıqlıq zamanı sürücü Hakan Sarı maşınla oradan qaçıb. Ancaq daha sonra icarəyə götürdüyü maşının sahibi polis mərkəzinə gələrək təslim olub.
Yaralı saxta polis təcili yardımla xəstəxanaya aparılıb.
Şübhəlilər haqqında araşdırma başlayıb.
Rüstəm