9 İyun 2015 16:43
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevdə neft bazasında baş verən yanğın səbəbindən yaxınlıqdakı Kryaço və Kobtsev kəndlərinin sakinləri evakuasiya olunub.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, hazırda içərisində benzin olan 9 rezervuarda yanğın davam edir. Alovun qarşısının alınması mümkün olmayıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, xilasedici və polis əməkdaşları cəlb edilib. Fövqəladə Hallar üzrə Dövlət Xidməti hadisə zamanı 1 nəfərin öldüyünü, 14 nəfərin isə xəsarət aldığını bildirib.

Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov yanğının səbəbləri ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, yanğının təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verdiyi güman edilir: “Yanğın iki səbəbdən baş verə bilər. Birincisi və ən real versiya təhlükəsizlik qaydalarının pozulması, ikincisi isə təxribatdır. Hazırda hadisə ilə bağlı araşdırma aparılır”.

Qeyd edək ki, dünən yerli vaxtla saat 17.29-da(19.29) idarəyə Kryaçki kəndində neft bazasının yanması barədə məlumat daxil olub.

Samir


Müəllif:

Oxşar xəbərlər