Rusiyada mobil telefon satılan mağazaya gələn gənc oğlan satıcı qızı döyüb.
Hadisə iyunun 9-u axşam saatlarında baş verib. Oğlan mağazada bir telefonu bəyəndiyini söyləyib və oranı tərk edib. 10 dəqiqə sonra mağazaya qayıdan şəxs satıcı qıza telefona bir də baxmaq istədiyini deyib.
Vitrinə yaxınlaşan qız gözləmədiyi halla qarşılaşıb. Gənc oğlan qızı döyməyə başlayıb. Hadisə zamanı satıcı ağır yaralı halda xəstəxanaya çatdırılıb.
Polis hadisə ilə bağlı istintaqa başlayıb.
Teleqraf.com təhlükəsizlik kamerasına əks olunan görüntüləri təqdim edir:
Samir