Polşada gizli dinlǝmǝlǝr gündəmə gələndən sonra parlament sǝdrinin sözçüsü vǝ daha üç nazir istefa verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ölkǝnin Baş naziri Eva Kopaks mǝtbuat konfransında bildirib.
Kopaksa istefa ǝrizǝsini tǝqdim edǝn iqtisadiyyat, sǝhiyyǝ vǝ idman nazirlǝrinin 2013 vǝ 2014-cü illərdə paytaxt Varşavadakı restoranlardan birində lobbiçilik fǝaliyyǝti ilǝ mǝşğul olan bǝzi şǝxslǝrlǝ görüşdükləri iddia olunur. Sosial şǝbǝkǝlǝrdǝ bununla bağlı görüntülǝr yayılıb. Hǝmin hadisǝdǝn sonra istintaq başladılıb. Ancaq bu prosesin aylardır davam etmǝsi narazılığa səbəb olub. Nǝticǝdǝ qeyd olunan vəzifə sahibləri istefa verməli olublar.
Samir