12 İyun 2015 15:08
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marsel şəhər prokuroru Bris Roben İspaniyanın Barselona şəhərindən Almaniyanın Düsseldorf şəhərinə uçarkən Fransa ərazisində, Alp dağları üzərində qəzaya uğramış və 150 nəfərin ölümünə səbəbkar olmuş “Germanwings” pilotu Andreas Lubits haqqında yeni məlumatlar açıqlayıb.


Publika.az “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, prokurorun sözlərinə görə, faciəyə səbəb olan pilot son 5 ildə 41 dəfə həkimlərə müraciət edibmiş. Təkcə son bir ay ərzində isə psixi durumu ilə bağlı müraciət etdiyi mütəxəssislərin sayı yeddidir.


Hazırda çoxlu sayda insan tələfatına səbəb olmuş hadisə ilə bağlı araşdırma aparıldığını deyən prokurorun sözlərinə görə, ibtidai istintaq belə bir şəxsə pilot kreslosunun necə etibar edildiyini araşdırır:


“İbtidai istintaq araşdırır ki, tibbi məxfilik və uçuşların təhlükəsizliyi necə əlaqələndirilib. Bu qədər insanı məhv etmək niyyəti olan bir şəxsin pilot kreslosunda oturmasına necə yol verilib? Bu suallar açıq qalır və istintaqın yekununda bəlli olacaq”.


Qeyd edək ki, pilotun dostlarının məlumatına görə, Andreas Lubits 2009-cu ildə depressiya səbəbindən təhsildə fasilə edib. Müəyyən müddətdən sonra Lubits “Lufthansa”nın təlim mərkəzində təhsilini davam etdirib və 2013-cü ildə pilot qismində uçuşlara cəlb edilib.

Qeyd edək ki, yardımçı pilot olan Andreas Lubits qapını içəridən bağlayaraq baş pilotun kabinəyə daxil olmasına imkan verməyib, yəni qapını məqsədli şəkildə açmayıb. Kabinəyə daxil ola bilməyən ekipaj komandiri qapını hətta balta ilə qırıb içəri keçməyə cəhd edib.

Depressiyadan əziyyət çəkən, psixiatr müalicəsi alan, intihara meylli bir gənc adam özüylə bərabər 149 nəfərin həyatına son qoyub. Onların 20 nəfir yeniyetmə və uşaq olub.


Müəllif: