17 İyun 2015 08:18
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

2011-ci ildə BMT-nin Baş Məclisi iyunun 15-ni ahıllar barəsində sui-istifadə hallarına dair Ümumdünya Məlumatlandırma Günü elan edib.

BMT-nin baş katibi Pan Gi Mun bu məsələ ilə əlaqədar müraciətində bütün dövlətləri ahılların müdafiəsini təmin etməyə çağırıb. Pan Gi Mun deyib: “Ahıl adamların problemi getdikcə daha da aktuallaşır, axı dünya sürətlə qocalır. 2050-ci ilədək ahıllar planetin bütün əhalisinin 20 faizini təşkil edəcək. Bir çox ahıl adamlar kobud rəftarın qurbanı olurlar. Çox vaxt yaşlı nəsillərin nümayəndələrinin problemlərinə məhəl qoyulmaması, onların özlərinin isə pis rəftarın qurbanı olması bu günümüzün gerçəkliyinin dəhşətli və faciəli faktıdır”.

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, bütün dünyada ahılların dörd faizindən altı faizə qədəri sərt rəftardan və sui-istifadə hallarından əziyyət çəkir.


Müəllif:

Oxşar xəbərlər