Berlində onlarla insan Al-Jazeera jurnalistinin saxlandığı məhkəmə qarşısına toplaşaraq etiraz nümayişi keçirir. Al-Jazeera bildirir ki, kanalın jurnalistlərindən biri Misirin sorğusu əsasında Almaniyada həbs edilib.
Kanalın ərəb dili xidmətində çalışan Əhməd Mənsur Berlindən Qatara uçmaq istəyərkən saxlanılıb. Al-Jazeera kanalı jurnalistinin dərhal azad edilməsini tələb edir. Misirin paytaxtı Qahirədə məhkəmə keçən il ona 15 il qiyabi həbs cəzası kəsib.
Al-Jazeera iddia edir ki, Britaniya və Misir vətəndaşlığı olan cənab Mənsura qarşı hökm absurd və saxtadır. “Mən hələ də Berlin hava limanında saxlanılıram və istintaq məhkəməsinə aparılacağımı gözləyirəm,” 52 yaşlı Mənsur şənbə günü tvitləyib.
Al-Jazeera bildirib ki, onun bazar ertəsinə qədər həbsdə saxlanılacağı gözlənilir. Sonra cənab Mənsur Almaniyada məhkəmə qarşısına çıxacaq, kanaldan deyilir. Polis sözçüsü bildirib ki, Misirin irəli sürdüyü həbs qərarına görə cənab Mənsur “müxtəlif cinayətlər” törətməkdə ittiham edir, lakin daha ətraflı məlumat verməyib.