24 İyun 2015 10:32
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ermənistandakı səfirliyi söz və sərbəst toplaşma azadlığına hörmətlə yanaşmağa çağırıb.

Trend Mediamaks-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında deyilir: “İyunun 23-də etiraz aksiyasının dağıdılması zamanı polisin güc tətbiq etməsi, həmçinin polis şöbələrindən zorakılıqla bağlı yayılan məlumatlar bizi çox narahat edir. Bundan başqa, əməliyyat zamanı jurnalistlər və onların texnikalarının əsas hədəf seçilməsi də bizi narahat edir. Ermənistan hökuməti polis tərəfindən qeyri-adekvat güc tətbiq edilməsi ilə bağlı tam və şəffaf araşdırma aparmalıdır”.


Müəllif:

Oxşar xəbərlər