24 İyun 2015 14:03
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) yaşanan böhran Dəniz Baykalın prezident Ərdoğanla görüşməsindən sonra yeni mərhələyə keçib.

Teleqraf.com-un xəbərinə görə, ötən gün CHP lideri Kamal Kılıçdaroğlunun yeni millət vəkilləriylə ketdiyi toplantıda danışan Baykal Məclis sədrliyinə namizədliyinə partiya daxilində bəziləri tərəfindən maneə törədildiyini deyib.

Baykal Ərdoğanla görüşdən əvvəl Kılıçdaroğlu ilə əlaqə saxlamağa çalışdığını təkrarlayaraq "Hörmətli partiya sədrim "Baykal Məclis sədri olmaq isəyir" deyib. Bəli, istəyirdim" deyib.

Baykal partiyada onun əleyhinə olanlara, o cümlədən Kılıçdaroğluna sərt təpki göstərib: "Haqqımda kimsə nəsə demək istəyirsə, burada, üzümə mərdcə desin. Sağda-solda danışmasın".

Bu arada o da məlum olub ki, dünən TBMM-də Kılıçdaroğlu ilə etdiyi sürpriz görüşün ardından CHP-nin namizədlik üçün yenidən Baykalın adının önə çıxdığı bildirilib.

Nihad


Müəllif:

Oxşar xəbərlər