Ermənistan prezidenti Serj Sarkisyan araşdırmalar yekunlaşana qədər elektrik enerjisinə tətbiq edilən 16 faizlik artımın dövlət tərəfindən yenidən müzakirə ediləcəyini açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Sarkisyan aralarında etirazçıların nümayəndələrinin də qatılacağı, enerji sahəsində təcrübəli mütəxəssislərin iştirakı ilə böyük bir heyətin Ermənistanın enerji şəbəkələri şirkətində yoxlama aparacağını bildirib.
Xatırladaq ki, Ermənistanın paytaxtı İrəvanda İyunun 19 -dan başlayan nümayişlərin 4-cü günündə polis aksiyaçılara təzyiqli suyla müdaxilə edib, nümayişlər daha sonra 24 saatlıq mitinqlərə başlayıblar.
Samir