29 İyun 2015 11:28
1 864
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu Qəzza blokadasını yarmağa çalışan 3-cü Azadlıq Donanmasına beynəlxalq sularda müdaxilə etdiyini açıqlayıb.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, açıqlamada müdaxilənin uğurlu olduğu və gəminin Aşdot limanına doğru aparıldığı bildirilib: “Beynəlxalq hüquqa uyğun olaraq, İsrail ordusu gəmiyə bir neçə dəfə istiqamətini dəyişdirməsi barədə xəbərdarlıq edib. Tələbin rədd edilməsinin ardından, İsrail əsgərləri beynəlxalq sularda gəmiyə daxil olaraq, axtarış aparıb. Müdaxilə zamanı hərbi güc tətbiq olunmayıb. Gəmi 12-24 saat ərzində Aşdot limanına yan alacaq”.

Məlumatlarda gəminin Yunanıstanın Krit limanından hərəkətə başladığı qeyd edilib. Donanmaya aid 5 gəmidə aralarında Tunisin keçmiş prezidenti Məhəmməd Münsif Əl-Marzuki və İsrail parlamentindəki fələstinli millət vəkili Basil Qattasın da olduğu 48 nəfər var. Onların Qəzzaya humanitar yardım apardıqları açıqlanıb. Gəmidə Anadolu Agentliyinin müxbirinin olduğu da bildirilir.

Samir


Müəllif: