30 İyun 2015 17:27
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə böhranı yaşayan Yunanıstanla analoji problemləri yaşayan və iflasın astanasında olan Puerto-Rikoya ABŞ-ın Yunanıstanı adı verilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ölkənin prezidenti Alexandro Qarsiya Puerto-Rikonun yerləşdiyi Karib adalarının hazırda 72 milyard dollar borcunun olduğunu bildirib. O qeyd edib ki, bu borcu ödəməyə alternativ yoxdur və ada iflasa doğru irəliləyir.

Bunun üçün də Qarsiya ABŞ Konqresinə adanın borclarının yenidən qurulmasına imkan verən qanun layihəsi tələb etmək fikrindədir.

Qeyd edək ki, Karib adaları ABŞ-ın hüquqi ərazisi sayılır və yüksək idarəçilik ABŞ Konqresinə məxsusdur.

Samir


Müəllif:

Oxşar xəbərlər