1 İyul 2015 01:57
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin Tais şəhərində həbsxanadan, “Əl Qaidə” terror təşkilatının silahlıları daxil olmaqla, 1200 dustaq qaçıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident Taiş şəhər həbsxanası qarşısında baş vermiş toqquşmalar zamanı baş verib.

Yerli mənbələrə əsasən, yerli “Əl-Qaidə” tərəfdarları həbsxanaya hücum edib. Yəmənin təhlükəsizlik xidmətinin nümayəndəsi dustaqların kütləvi şəkildə həbsxanadan qaçmasını təsdiqləyib.


Müəllif:

Oxşar xəbərlər