İndoneziyanın Medan şəhərində C-130 Hercules hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 140-a çatıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, təyyarə yaşayış bölgəsinə düşdüyü üçün qurbanların sayının artacağı istisna edilmir. Təyyarınin sənişinləri əsasən yeni yaşayış yerinə köçürülən hərbçilərin qohumları olub.
Hazırda qəzanın niyə baş verdiyi məlum olmasa da, təyyarə havaya qalxdıqdan sonra pilotun texniki səbəblərdən dolayı təcili eniş istəməsi məlumdur.
Şahidlərin sözlərinə görə, təyyara çox aşağıdan uçub, ətrafı qara tüstü və alovla bürünüb.
Samir