3 İyul 2015 15:22
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ qırıcılarının Suriyada təşkil etdiyi hava əməliyyatında İŞİD terror qruplaşmasının liderlərindən olan Tarık bin Əl-Avni Əl-Harizi öldürülüb.


Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) bildirilib.


Əməliyyatın 16 iyunda Suriyanın şimalında həyata keçirildiyi xəbər verilir. Açıqlamada Əl-Harizinin İŞİD üçün maliyyə mənbələrinin axtarılması fəaliyyətində iştirak etdiyi və Liviyadan Suriyaya partlayıcıların gətirilməsini təmin etdiyi qeyd edilib.

İyunun 15-də isə onun qardaşı Əli Avni Əl-Harzi Mosulda təşkil edilən əməliyyatda öldürülüb. Onun 2012-ci ildə Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna hücumda iştirak etdiyi deyilir.

Xatırladaq ki, 2012-ci ilin 11 sentyabrında terrorçular Liviya və Misirdə ABŞ diplomatik missiyalarına hücum həyata keçiriblər. Benqazidə baş konsulluğa hücum zamanı 4 amerikalı, o cümlədən ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivens həlak olub.


Müəllif:

Oxşar xəbərlər