5 İyul 2015 01:25
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi və cənub-qərbi Avropa Saxara istilərindən əziyyət çəkir.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Fransada və Almaniyada havanın hərarəti 40 dərəcəyə çatır. İtaliya və İspaniyada da şiddətli istilər hökm sürür. Buna Saxara səhrasından əsən küləklərin səbəb olduğu bildirilir.

Sinoptiklərin məlumatına görə, Almaniya üzərində yerləşən böyük antisiklon Atlantikadan təmiz dəniz havasının daxil olmasına maneçilik törədir.


Müəllif: