7 İyul 2015 10:44
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir polisi Süveyş kanalının yaxınlığında partlayışlar törətməyi planlaşdıran bir qrup şəxsi həbs edib.

Yerli mətbuatın verdiyi xəbərə görə, saxlanılan şəxslər ölkədə fəaliyyəti qadağan olunmuş "Müsəlman qardaşları" assosiasiyasının üzvləridir.

İstintaq orqanları bildirir ki, 13 nəfərdən ibarət qrupun əsas məqsədi ölkənin ictimai əhəmiyyətli obyektlərinə hücum etmək olub.


Baş prokurorluq işin başa çatdırılması məqsədilə şübhəli şəxslərin 15 günlük saxlanılması üçün göstəriş verib.


Müəllif: