Rusiyanın Perm şəhərində polis narkotik qəbul edib məsciddə xuliqanlıq hərəkətləri edən gənci saxlayıb.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, 22 yaşlı həmin şəxsin adı Eldardır. Saxlanıldıqdan sonra onun əl-qolunu bağlayıb xərəkə qoyublar. Bundan sonra o, xəstəxanaya göndərilib.
Polisdən verilən məlumata görə, Eldar Osinsk küçəsindəki məscidin həyətində soyunub və binaya doğru qaçıb. Eldar məscidin iki qapısını qırıb, daha sonra küçəyə qaçıb. O, yoldan keçənlərdən onun üçün təcili yardım çağırmalarını tələb edib.
Məscidin imamı Zəkəriyyə Həzrət bildirib ki, soyunan gənc məscidin iki qapısını və güzgünü sındırıb, həmçinin qadınları qorxudub.
İlkin məlumatlar görə, o, bu hərəkətləri narkotik madənin təsiri altında edib. Məsciddə soyunan şəxsin tez-tez "Allahu Əkbər" dediyi bildirilir.
Nihad