8 İyul 2015 22:13
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvanda Firdusa küçəsinin sakinləri hökumət binasının yaxınlığındakı Tiqran Metsa prospektini bağlamağa cəhd göstəriblər.

Teleqraf.com tert.am-a istinadən xəbər verir ki, nümayişçilər baş nazir Ovik Abraamyanla görüşmək istəyiblər. Onlar bir müddət əvvəl Abraamyanın verdiyi vədi yerinə yetirmədiyini bildiriblər: “Yaşadığımız bina bir müddət əvvəl uçub. Baş nazirlə görüşdük. Bizə mənzil və konpensasiya söz verdi. Ancaq problem həll edilmir”.

Etirazçılara 5 nəfərlik qrup formasında Abraamyanla görüşmək təklif edilsə də, bu rədd edilib. Nümayiş iştirakçıları baş nazirin onların qarşısına çıxmağını istəyiblər. Bundan sonra polis mitinqi dağıdıb.

Samir


Müəllif: