9 İyul 2015 08:03
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Baş Naziri Aleksis Tsipras beynəlxalq kreditorlara cümə axşamı günü "inandırıcı islahatlar" planı təqdim edəcəyini bildirib.

Cənab Tsipras Avropa Parlamentində Yunanıstan böhranı ilə bağlı aparılan qızğın mübahisələr zamanı çıxış edib.

Yunanıstan bankrot olmamaq və avro valyutasını tərk etməmək üçün üçüncü dəfə xilas paketi alacağına ümid edir.

Bu arada Yunanıstan hökuməti yemək və yanacaq təchizatına təhlükə olmadığını bildirib.İqtisadiyyat, İnfrastruktur, Dənizçilik və Turizm nazirliyi Yunanıstan vətəndaşlarını və turistləri bazarlarda "kifayət qədər yemək təchizatı olmasına və onların qiymətlərinin sabit qalacağına" inandırıb.

Avropa liderləri təklif edə biləcəkləri köməyin əvəzində Yunanıstandan cümə axşamınadək ciddi islahatlar gözləyir.

Cənab Tsipras çıxışında Avropa İttifaqını parçalanmadan qaçmağa çağırıb. Avropa Parlamentində gərgin müzakirə zamanı o deyib: "Gəlin Avropanı parçalanmağa qoymayaq". Yunanıstan cümə axşamı gününün sonunadək yeni təkliflər verməlidir ki, Avropa İttifaqının bazar günü keçiriləcək sammitindən öncə kreditorlarla razılaşmaya nail olsun.

Cənab Tsipras deyib ki, təkliflər üzərində iş gedir, ancaq o təfərrüatları açıqlamayıb.


Müəllif:

Oxşar xəbərlər