Yunanıstan höküməti kreditorlardan növbəti dəfə borc almaq üçün iqtisadi islahatlar planını təqdim edib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə Avrozona rəsmiləri məlumat yayıb. Plan verilmiş vaxtın bitməsinə 2 saat qalmış təqdim edilib. Hazırda sənəd nəzərdən keçirilir. Yeni plan vergi artımını, təqaüd islahatlarını, özəlləşmə və xərclərin azaldılmasını nəzərdə tutur.
Qeyd edək ki, Avropa İttifaqı yaranmış borcun aradan qaldırılmasını nəzərdə tutan yeni islahatlar paketini qəbul etmək üçün Yunanıstana bazar gününə kimi vaxt verib.
Samir