İrəvanın mərkəzində elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı etiraz edənlər Ermənistan prezidentinə ultimatum veriblər.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, etirazçılar elektrik enerjisi tariflərinin artımı haqqında qərarın avqustun 1-dək ləğv edilməsini tələb edirlər.
Etirazçılar iyunun 23-ü və iyulun 6-da keçirilmiş aksiyalarda nümayiş iştirakçıları və jurnalistlərə qarşı zor tətbiq etmiş polis əməkdaşlarının cəzalandırılmasını da tələb edirlər.
Qeyd edək ki, iyunun 19-dan Yerevanda elektrik enerjisi tariflərinin 16 faiz bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir.