Türkiyənin Şanlıurfa bölgəsinin Suruç şəhərində Amara mədəniyyət mərkəzi qarşısındakı bombalı terror hücumu ilə bağlı yeni faktlar aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, araşdırmalar zamanı hücumda istifadə edilən partlayıcının Rusiya istehsalı olduğu aydınlaşıb. Bundan əlavə hadisə zamanı həyatını itirən 31 nəfərin şəxsiyyəti məlum olub.
Bu arada yayılan məlumatlara görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu hadisə yerinə baş çəkmək üçün Şanlıurfaya gedib.
Samir