ABŞ Katibi Con Kerri İranın dini lideri Ayətullah Əli Xameneyinin ABŞ-ın bölgədəki siyasətinə qarşı olacağına dair açıqlamasına reaksiya verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kerri açıqlamanın ‘‘ narahatlıq doğurduğunu” bildirib.
Səudiyyə Ərəbistanının ‘‘Əl Ərəbiyə’’ televiziyasına müsahibə verən Kerri ‘‘Dini liderin açıqlamasını necə təhlil edəcəyimi bilmirəm. Ancaq ictimaiyyətə təsir edәn sözlәrlә sonrasında cәrәyan edәn hadisələr ümumiyyәtә, bir-birindən fərqli olur. Yenə də belә açıqlamalar narahat edicidir. Ərəb ölkələri arasında gülcü təşkilatlanma olması halında, İranın bölgəyə müdaxiləsinin qarşısının alına bilәcәyinә inanıram” deyә vurğulayıb.
Xatırladak ki, Ayətullah Әli Xameneyi ABŞ-ın bölgə ilә bağlı izlәdiyi siyasәtinin rәsmi Tehranın siyasәti ilә üst-üstә gәlmәyini qeyd etmişdi.
Rüstəm