ABŞ prezidenti Barak Obama bildirib ki, ötən istirahət günləri Somalinin paytaxtında törədilən partlayışlar göstərir ki, Al Şabab kimi terrorçu qruplar dayandırılmalıdır.
O, Efiopiyanın paytaxtında baş nazir Hailemariam Desalegnlə keçirdiyi birgə mətbuat konfransında Əl Qaidə ilə əlbir olan bu terrorçu qrupu regionda “Ölüm və dağıntı şəbəkəsi” adlandırıb.
Prezident bildirib ki, ABŞ və digər ölkələr bu cür qruplara qarşı mübarizəni davam etdirməlidirlər.
O, həmçinin ölkə rəhbərliyini azad və siyasi aşkarlığa qarşı təzyiqləri dayandırmağa çağırıb.
Efiopiya terrorçuluğa qarşı mübarizədə ABŞ-ın tərəfdaşıdır və Somalidəki böhranı yoluna qoymaq üçün bu ölkəyə əsgər göndərib.