İsrailin daxili işlər naziri Silvan Şalom ilə Fələstin rəsmisi Saib Erekat arasında İordaniyanın paytaxtı Əmman şəhərində görüş keçirilib.
Teleqraf.com "Haaretz" qəzetinə istinadən xəbər verir ki, görüş iyulun 23-də keçirilsə də, bu barədə məlumat iki gün öncə verilib. İsrailin baş naziri Binyamin Netanyahu və Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas görüşün detallarını razılaşdırıblar.
Tərəflər 2014-cü ilin aprelində əldə olunan sülh danışıqlarının möhkəmlənməsini vacib sayıblar. Tərəflər görüşdən razı qalıblar.
Ayxan