30 İyul 2015 20:19
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyənin Ərzurum şəhərindən Qarsa gedən yük qatarı Köhnə Soğanlı stansiyasına girən zaman PKK terrorçuları tərəfindən relslərə qoyulan bomba işə düşüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış qatar stansiyadan keçdikdən sonra baş verdiyindən vaqonlara ciddi ziyan dəyməyib.

Lakin dəmiryol xətti sıradan çıxıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər