31 İyul 2015 12:53
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövləti Krımda və Ukraynanın şərqində yerləşən şəhərlərdə qeyri-qanuni hərəkətlərə yol verdiyi üçün 11 Rusiya vətəndaşına, habelə bu ölkənin 15 şirkətinə qarşı yeni sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, məhdudiyyətlərin tətbiq olunduğu yeni simalar və təşkilatlar arasında daha öncə sanksiyaya məruz qalan şəxslərə bu vəziyyətdən xilas olması üçün kömək edənlər, habelə haqlarında rüşvət təqsirləndirməsi olanlar var.

Bundan başqa, bəzi köhnə ukraynalı idarəçilər, Krımda liman administratorluğu edənlər və Rusiyanın “Rosneft” böyük neft şirkətilə çalışan bəzi banklar da sanksiyalara məruz qalacaq.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, Rusiya Ukraynada sabitliyi pozmağa davam etdikcə təzyiqlər artırılacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər