Türkiyənin Ağrı vilayətində PKK terror təşkilatının üzvləri ilə təhlükəsizlik gücləri arasında silahlı qarşıdurma baş verib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qarşıdurmada 3 terrorçu ölü olaraq ələ keçirilib.
Xəbərə görə, PKK üzvlərinın terror aktını törətməyə hazırlaşdığı müəyyənləşdirilib. Qarşıdurmanın baş verdiyi Fevzi Çakmak məhəlləsində təhlükəsizlik tədbirləri görülüb.