"Vaşinqton İŞİD-lə mübarizəyə mane olur"
Qǝtǝrin paytaxtı Dohada görüşlǝr keçirǝn Rusiyanın xarici işlǝr naziri Sergey Lavrov Suriya mǝsǝlǝsindǝ ABŞ-ı sǝrt tǝnqid edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Lavrov Vaşinqtonun İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizəyə mane olduğunu deyib.
Bu vǝziyyǝtin beynǝlxalq hüquqa zidd olduğunu qeyd edǝn Lavrov bildirib ki, ABŞ rəhbərliyinin bu mövqeyinə görə, İŞİD və digər ekstremist qruplarla mübarizə üçün beynəlxalq cəbhə qurmaq qeyri-mümkündür. O, terrorçuluğa qarşı mübarizədə Suriya rəhbərliyinə daim dəstək olacaqlarını qeyd edib.
Samir