İraq ordusunun və beynəlxalq koalisiya qüvvələrinin İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı hücumları davam edir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, döyüşlər zamanı ən azı 56 terrorçunun öldürüldüyü bildirilib. Təkcə Ramadi şəhərindəki əməliyyatlarda 37 terrorçu zərərsizləşdirilib, İŞİD-ə məxsus 3 avtomobil məhv edilib.
Digər tərəfdən İŞİD döyüşçüləri Mosulda bir ailədən 3 nəfəri casusluqda günahlandıraraq, edam edib.
Samir