Malayziya dövləti Hind okeanındakı Reunion adasında tapılan qalığın MH370 saylı sərnişin təyyarəsinə aid olduğunu açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, təyyarə 515 gün əvvəl itkin düşüb. Malayziya hökümətindən fərqli olaraq Fransa, ABŞ və Avstraliya rəsmiləri təmkinli davranmağa üstünlük verib.
Malayziyadan verilən məlumata görə, 2014-cü ilin martın 8-də 227 sərnişin və 12 ekipajı üzvü ilə Kuala Lumpur-Pekin səfərini həyata keçirən zaman itən MH370 saylı təyyarənin sirri açılıb.
Malayziya Baş Naziri Nəcib Razak, beynəlxalq ekspert qrupunun apardığı araşdırma nəticəsində tapılan parçanın, Malayziya Hava Yolları təyyarəsinin qanadına aid olduğunu təsdiq etdiklərini bildirib.
Qeyd edək ki, təyyarənin qara qutusu tapılmadığına görə, qəza səbəbləri tam olaraq müəyyən deyilməyib.
Rüstəm