Rusiya Suriyaya 6 ədə MİG-31 döyüş təyyarəsi göndərib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, təyyarələr Dəməşqdə yerləşən Mezze hərbi bazasında eniş edib. Bu addım Rusiya və Suriya arasında 2007-ci ildə imzalanan müqavilə çərçivəsində atılıb. Müqaviləyə əsasən Moskva Dəməşqə 8 ədəd MİG-31 döyüş təyyarəsi satıb.
Qeyd edək ki, bu təyyarələr 200 kilometrlik hava məkanını nəzarətdə saxlaya bilir.
Samir