19 Avqust 2015 23:53
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suriya prezidenti Bəşər Əsəd vəzifəsindən istefa verməlidir”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Con Kibri bildirib. Onun sözlərinə görə, yalnız bundan sonra Suriyada qan tökülməsini dayandırmaq olar.

Kibri qeyd edib ki, Əsəd Suriyanın gələcək bir hissəsi ola bilməz: “ABŞ Suriya ilə bağlı mövqeyini dəyişməyib. Əsəd vəzifəsindən istefa verməlidir. Bundan sonra ölkədəki münaqişəni nizamlamaq mümkün olacaq.

Xatırladaq ki, 2011-ci ilin martından Suriyada başlanan vətəndaş müharibəsi 100 mindən çox insanın həyatına son qoyub, milyonlarla suriyalı isə qaçqın düşüb.

Samir


Müəllif:

Oxşar xəbərlər