Hindistanda dəhşətli qətl hadisəsi törədilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bacılarını qətlə yetirən qardaşlar kəsilmiş başı küçədə nümayiş etdiriblər.
Hadisə Uttar-Pradeş ştatında baş verib. 17 yaşlı Ful Cahan adlı qızın 25 yaşlı Gül Hasan və 20 yaşlı Nanxi Hasan adlı qardaşı onun əmisi oğlu ilə görüşməsini istəməyiblər.
17 yaşlı qız bir gecə əmisinin evində qalıb. Bunu öyrənən qardaşlar azyaşlı qızın başını xəncərlə kəsərək küçədə insanlara göstəriblər. Onlar kəbinsiz sevgiyə görə bacını cəzalandırıblar.
Qardaşlar "Biz qızlarımıza və bacılarımıza toydan öncə cinsi əlaqəyə girməyə icazə verməməliyik. Heç bir qız buna cəsarət etməli deyil. Biz əməlimizə görə təəssüf etmirik", - deyiblər.
Qardaşlar bir saata qədər küçədə gəzdikdən sonra özləri polisə təslim olacaqlarını deyiblər. Amma onlar polisə təslim olmaq əvəzinə qaçıblar.
Polislər hələ də "şərəf qətlində" şübhəli bilinən qardaşları tuta bilməyib.
Qeyd edək ki, Ful Cahan ailədə səkkiz qardaşın yeganə bacısı olub.
Rüstəm